Türkiyədə QİÇS-ə səbəb olan HİV virusuna yoluxma hallarının 4 dəfə artdığına diqqət çəkən mütəxəssislər, “HİV məkrli bir pandemiyadır. Bu günə qədər dünyada 40 milyon insanı öldürüb. Ötən il 630 min insan dünyasını dəyişib" deyirlər.
Hafta.az-ın yazdığına görə, Avropa HİV Testi Maarifləndirmə Həftəsi çərçivəsində assosiasiyalar və QHT-lər bir araya gələrək HİV testinin əhəmiyyətinə diqqət çəkiblər. Mütəxəssislər 2012-ci ildən bu yana Türkiyədə HİV-in 4 dəfə artdığını və xəstələrin 80 faizini kişilər təşkil etdiyini bildirib.
Hürriyet-də yer alan xəbərə görə, QİÇS-lə Mübarizə və Maarifləndirmə Dərnəyindən professor Yeşim Taşova deyib: “Qlobal miqyasda HİV-ə yoluxmuş xəstələrdə ölüm nisbəti 52 faiz azalıb. Ancaq qəribədir ki, Türkiyədə ölüm halları artır. Səhiyyə Nazirliyinin məlumat bazasının 15 noyabr 2022-ci il tarixinə olan məlumatına görə, Türkiyədə 36600 yeni yoluxma halı var. Onların 80 faizi kişilərdir. Burada qadın hallarının olub-olmadığını sual etmək lazımdır. Beləliklə, qadınlar HİV pozitiv olduqlarının fərqində deyillər. Ölkəmizdə cinsi yolla yoluxma yolu yüzdə 44 ətrafındadır. Bunların 30 faizi heteroseksual münasibətlərdə baş verib. Qalan 55 faizin necə yoluxduğunu bilmirik. Bildiyimiz odur ki, 2012-ci ildən bu yana Türkiyədə HİV 4 dəfə artıb. Hətta Ümumdünya Səhiyyə Təşkilatı da Çexiya və Sloveniya kimi ölkələrlə yanaşı, bizim də diqqətimizi bu məsələyə cəlb edir”.